Siyavuş Novruzovun qardaşı vəzifəsindən azad edildi

 16:29 25.09.2020     389

Millət vəkili Siyavuş Novruzovun qardaşının vəzifəsi kiçildilib.

Redaktor.az-ın verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə, Novruzov Məhərrəm Dünyamalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, M.Novruzov ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 1 saylı nümayəndəliyinin müdir müavini təyin olunub. //Unikal.org