Azərbaycanda qəza nəticəsində maşın parçalandı - FOTO

 17:25 25.09.2020     268

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb.

Redaktor.az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub. Nəticədə 2 nəfər Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo