Ehtiyatda olan polkovnik təltif edilib - FOTO

 18:25 25.09.2020     274

Ehtiyatda olan ədliyyə polkovniki, Azərbaycan-Rusiya jurnalistlər birliyinin üzvü Əfrahim Təhməzov Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif olunub.

Redaktor.az-ın məlumatına görə, Ə.Təhməzov Azərbaycan jurnalistikasında göstərdiyi səmərəli fəaliyyətinə və 60 illik yubileyi münasibəti ilə təltif edilib.

Ə.Təhməzov uzun müddət Respublika Hərbi prokurorunun böyük köməkçisi olub və qurumun Mətbuat xidmətinə rəhbərlik edib.

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Ə.Təhməzov ötən il MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub. //Trend

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image

 

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image

 

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image

Ehtiyatda olan polkovnik təltif edilib (FOTO) - Gallery Image