Bakıda motosikletlə avtomobil toqquşdu - Xəsarət alan var

 22:10 25.09.2020     326

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, "Su sonası" şadlıq sarayının yaxınlığında motosikletlə avtomobil toqquşub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Rzayev Rövşən İsgəndər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki diz qapağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. //Report