27 yaşlı oğlanı maşın vurdu

 23:42 25.09.2020     264

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində baş verib.

Belə ki, yolu keçmək istəyən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu "Opel" markalı minik avtomobili vurub. Yaralı hadisə yerinə çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo