XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib

 09:24 26.09.2020     316

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev məhkəməyə müraciət ediblər.

Redaktor.az-ın məlumatına görə, sabiq XİN əməkdaşlarının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətlərinə bugün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İlqar Əliyev və Nurupaşa Abdullayev DTX tərəfindən saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.