Ağdaşda 6 otaqlı ev yanıb - FHN

 09:26 26.09.2020     462

Ağdaş rayonunun Mürsəl kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ümumi sahəsi 288 kv.m olan bir ailənin məskunlaşdığı birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və 1 otağına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.