Fərhad Nəcəfova yeni vəzifə verilib

 09:29 26.09.2020     475

“Noyabr ayının 1-dən etibarən fəaliyyətimi Vəkillər Kollegiyası sədrinin müşaviri vəzifəsində davam etdirəcəyəm”.

Redaktor.az xəbər verir ki, bunu “Report”a Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov deyib.

O bildirib ki, həmin vaxtadək Vəkillər Kopllegiyasının Aparat rəhbəri kimi qalır və vəzifədən çıxarılmağı barədə yayılan məlumatlar doğru deyil.