Rüstəm Behrudi xəstəxanadan evə buraxıldı

 12:31 26.09.2020     269

Bir neçə gün öncə əməliyyat keçirən şair Rüstəm Behrudi xəstəxanadan evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bunu Kult.az-a açıqlamasında Rüstəm Behrudi deyib. O bildirib ki, hazırda keçirdiyi əməliyyatla əlaqədar hərəkət edə bilmir:

"Amma özümü babat hiss edirəm, yəni pis deyiləm".

Qeyd edək ki, Rüstəm Behrudi boynundakı ağrılarla əlaqədar əməliyyat keçirmişdi.