Minik avtomobili yük maşını ilə toqquşub - Ölən var / Azərbaycan

 17:15 26.09.2020     443

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. //APA