Zərdabda 3 bal gücündə zəlzələ olub

 11:29 05.10.2020     434

Zərdabda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:56-da Zərdab stansiyasından 15 km qərbdə Zərdab rayonunda qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub. 

Zəlzələnin maqnitudası 4.1, dərinliyi 18 km olub.