Ermənilər Tərtəri atəşə tutur - 300-ə yaxın mərmi atıldı

 10:51 13.10.2020     239

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.

Redaktor.az xəbər verir ki, oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.

Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.

Hazırda zərər dəymiş evlərin sayı araşdırılır.

İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır.

Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür. //Report.az