Nazirlik valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürdü

 16:19 14.10.2020     62

Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Report-a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.