ERMƏNİ XƏSTƏLİYİ: ABŞ, Fransa və Rusiyaya torpaq iddiası - EKSPERT RƏYİ

"Ermənistan öz işğalçı siyasətini, ərazi iddialarını təkcə Azərbaycana qarşı yox, digər ölkələrə qarşı da göstərməyə davam edir. Onlar əsasən boş, əsassız torpaq iddiaları ilə çıxış edirlər".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. O qeyd edib ki, ermənilər həmişə yaxşı əraziləri mənimsəməyə, həmin ərazilər barədə iddia qaldırmağa alışıblar:
“Ermənilər çox əcaib genetik koda malikdilər. Qədim zamanlarda müxtəlif ərazilərdə dağınıq şəkildə yaşadıqları üçün yəhudi, köçəri qaraçı qəbilə-tayfalarının qarışığından meydana gəliblər. Digər bütün millətlərin keçmişinə nəzər yetirsək görərik ki, ermənilər daim bir neçə millətlərin ərazisində öz ehtiyaclarını ödəməkdən ötrü yaşayıblar. Daha sonra Rusiya-İran müharibəsinin nəticəsində Qarabağın ərazisinə köçürüldülər və onlara yeni vətən adı ilə bu torpaqlar təqdim olundu".
Politoloq ermənilərin tarixi mənşəyi məsələsinə toxunaraq qeyd edib ki, onların kökü Avrasiyadan gəlir:
“Ermənilər elə formalaşmamış məxluq, hətta elə bioloji kütlədilər ki, hələ özləri üçün məskunlaşmağa yer axtarırlar. Məlumdur ki, ermənilərin kökü, mənşəyi Avrasiyadan gəlir. Onlar balkanlardan köçərək, indiki ərazilərdə məskunlaşıb, dayanıblar. Əgər indi onlar Amerika, Fransa, Rusiyanın cənub torpaqlarına qarşı iddia qaldırırlarsa, bu ərazilərdə özlərini yerli əhali sayırlarsa, deməli bu millətin müəyyən bir xəstəliyi var. Onlar özlərinə yer tapa bilmirlər və bu axtarış onların həyat tərzlərinə çevrilib. Bu baxımdan da harda məskunlaşsalar, ora iddia qaldırırlar. Ancaq müəyyən psixolojik problemləri olan insanlar belə əsassız iddialar qaldırar.
Ermənistanın digər bəlli xarakteri də odur ki, qonşu yaxud sərhəddi olan dövlətlərlə dava, münaqişə tərzi ilə münasibət saxlayırlar”.
Şəfəq Samed \ Redaktor.az