Bakıda piyadanı avtomobil vurub

 08:45 16.10.2020     2183

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə İsmayıl Şıxəliyev küçəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Ağayeva Cəmilə Tahir qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. //APA