Hərbi vəziyyət müddətində nələrə diqqət edək? - AÇIQLAMA

 11:36 21.10.2020     656

“Hərbi vəziyyət və komendant saatı müddətində vətəndaşlar maksimum şəkildə diqqətli olmalı və qoyulan tələblərə əməl etməlidirlər. Çünki mövcud vəziyyətdə hər hansısa yalnış addım ciddi bir problemə səbəb ola bilər”.

Bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli hərbi vəziyyət müddətində vətəndaşların necə davranmaları haqda danışarkən deyib:

“Hərbi vəziyyət müddətində vətəndaşlar adi günlərə nisbətən daha diqqətli olmalıdır. Xüsusilə insanların sıx olduğu yerlərdə ayıq-sayıq olmaz lazımdır.

Misal üçün, kimsə sizə hər hansı bir bağlama və ya əşya verərsə, onu almadan əvvəl içinə baxın. Əgər şübhəli məqam varsa, dərhəl aidiyyati qurumlara məlumat verilməldir.

Xüsusilə komendant saat ərzində daha diqqətli olmalıyıq. Zərurət olmadıqca icazəsi olan vətəndaşlar belə çölə çıxmamalıdır. Əgər işi ilə bağlı çıxarlarsa da, avtobus və ya digər nəqliyyat vasitəsindən istifadə edərkən daha çox diqqətli olsunlar.  

Unutmamalıyıq ki, düşmən təkcə cəbhədə bizimlə savaşmır, onlar hətta daxildə də bizə qarşı təxribatlara cəhd edə bilər. Bu baxımdan, mütləq şəkildə dövlət tərəfindənqoyulan tələblərə əməl edilməlidir. Bunu bir tələb olaraq deyil, mənəvi məsələ kimi görmək lazımdır”.

Mahir Xəttab \ Redaktor.az