İsmayıl Dadaşov vəfat edib

Bir çox filmdə musiqi tərtibatçısı və musiqi redaktoru kimi çalışmış şair, bəstəkar İsmayıl Dadaşov bu gün vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının sosial media hesabında məlumat verilib.
Kinostudiyanın rəhbərliyi və kollektivi İsmayıl Dadaşovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!