İşğaldan azad olunan torpaqlara BÖYÜK QAYIDIŞ - PLAN NƏDİR?

 11:44 23.10.2020     2165

Sentyabrın 27-sindən başlayaraq şanlı ordumuz işğal altında olan torpaqlarımızı azad edir. Bu hadisəyə dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın sevincinə səbəb olub. 

Bəs, işğaldan azad edilmiş ərazilərə mülki Azərbaycan vətəndaşlarının qayıdışı necə təşkil olunacaq? 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Redaktor.az-a açıqlamasında bildirib ki, müəyyən olunmuş köçürmə layihələri, geri dönüş planı qəbul edilə bilər:

“Torpaqlarımız işğaldan azad olunmağa başlandığı andan etibarən bu məsələ ilə bağlı suallar tez-tez verilir. Güman edirəm ki, bununla bağlı rəhbərliyin müəyyən bir qərarı, qayıdış proqramı olacaq. Ölkə rəhbərliyi tərəfindən belə bir layihə “Qaçqınkom”a verildiyi zaman müəyyən tədbirlərin görülməsinə başlanılacaq. Hazırda isə belə bir layihə yoxdur”.

Şəfəq Samed \ Redaktor.az