"MilliÖN"-də erməni fonduna yardım edən şirkət... - DAYANDIRILDI!

 10:44 24.10.2020     4074

Rusiyaya məxsus “Beeline” mobil operatoru Ermənistanın “Hayastan” fonduna 100 milyon dram yardım edib.

Yerli ödəmə terminallarımızdan biri olan “Milliön”-də adı çəkilən mobil operatora pul köçürmə “icon”ları yer alır.

Bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda “Milliön”-ə məxsus ödəmə terminallarında yer alan “Beeline” mobil operatoru üzrə ödəniş bölməsi aktiv deyil:

““Milliön” təsis edildiyini gündən etibarən xarici xidmət müəssisələri ilə əməkdaşlıqlar edilib. Lakin hazırda “Milliön”-ə məxsus ödəmə terminallarında görünən “Beeline” mobil operatoru üzrə ödəniş sistemi aktiv deyil. Həmin mobil operatora məxsus “icon” terminalın ekranında görülə bilər, lakin daxil olduğunuz zaman xidmət aktiv olmadığı məlum olur. Güman edirəm, həmin şirkətə məxsus “icon” da qısa zamanda terminalların ümumi sistemindən silinəcək. Bu xidmət uzun müddətdir ki, “Milliön”-ə məxsus terminallarda aktiv deyil”.

Şəfəq Samed \ Redaktor.az