Havanın dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

 20:58 23.10.2020     228

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 metr/saniyə olacağı, saniyədə arabir 20 metrədək güclənəcəyi gözlənilir.

Redaktor.az bildirir ki, oktyabrın 24-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.