Yeniyetmə özünü 11-ci mərtəbədən atdı - Bakı

 14:07 13.11.2020     292

Bakıda 17 yaşlı yeniyetmə intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə Nəsimi rayonu, 28 may küçəsi ilə Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 2003-cü il təvəllüdlü Denis Qalib oğlu Hümmətov özünü 11-ci mərtəbədən atıb.

Gənc yerindəcə keçinib.

Hadisənin səbəbləri araşdırılır.