Azərbaycan jurnalistləri dövlət xətti ilə xaricə səfər edəcək

 18:10 13.11.2020     505

Azərbaycandakı kütləvi informasiya vasitələrinin nümayəndələrinin dövlət xətti ilə xaricə səfəri planlaşdırılır.

Redaktor.az xəbər verir ki, səfəri Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təşkil edəcək.

Səfərin məqsədi media sahəsində beynəlxalq təcrübənin öyrənilməsidir.