Kürdəmirdə avtomobil aşıb: 3 nəfər ölüb

 18:47 13.11.2020     247

Kürdəmir rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər - Ağdam rayon sakinləri - 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva ölüb, 1 nəfər - Ağdam rayon sakini, 65 yaşlı İbrahim Qubat oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətlərialıb.

Faktla bağlı araşdırma aparılır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən