Ucarda TTY maşını piyadanı vuraraq öldürüb - FOTO

 19:04 13.11.2020     96

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar İsmayıl oğlu Əliyevin idarə etdiyi Təcili Tibbi Yardım maşını yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-cü il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. 

S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. //APA

1

1