Astarada bu qədər yaşıl çay yarpağı yığılıb

 19:28 13.11.2020     63

Astara rayonunun çay plantasiyalarında məhsul yığımı başa çatıb. Rayonda çayçılıqla məşğul olan fermerlər və təsərrüfat sahibləri çay fabriklərinə 591 min tondan çox yaşıl çay yarpağı təhvil veriblər.

Redaktor.az bildirir ki, bu barədə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib. Ötən illə müqayisədə çay plantasiyalarında məhsuldarlıq 104,6 faiz təşkil edib.

Qeyd edək ki, ötən il Astarada 197 hektar məhsuldar çay sahəsindən 565,2 ton yaşıl çay yarpağı yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 42, 6 sentner olub. //AZƏRTAC