Sabah axşamdan hava şəraiti pisləşəcək - QAR YAĞACAQ

 12:44 14.11.2020     438

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.