Azərbaycanda rekord sayda yoluxma - 19 nəfər öldü

 14:51 14.11.2020     293

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 73 min 429 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 54049 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18434 nəfərdir.

Ölkədə son sutka ərzində 13325, hazırkı dövrədək isə 1 mln. 502 min 707 test aparılıb.