Abşeron sakinindən narkotik götürülüb

Abşeron rayonu sakinindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında Səbail rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini E. İbrahimov saxlanılıb və ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.