Yol qəzalarında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

 16:46 14.11.2020     230

Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.