Tonlarla ot bağlaması yandı - Masallı

 22:10 14.11.2020     111

Masallı rayonunda 16 ton ot bağlaması yanıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Şıxlar kəndində ümumi sahəsi 500 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 280 kvadrat metr sahədə və içərisinə yığılan 40 ton ot bağlamasının 16 tonu yanıb. 

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.