Ağcabədidə intiharın qarşısı alınıb

 09:10 15.11.2020     320

Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Vumart və Güvən reklamı Vumart Güvən