Oğuzda iki avtomobil toqquşub - Yaralılar var

 19:05 15.11.2020     127

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Oğuz şəhər sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Mustafa oğlunun idarə etdiyi Opel “Astra” markalı avtomobillə, 1972-ci il təvəllüdlü Məmmədov Bəhram Cəfər oğlunun idarə etdiyi “VAZ” 2107 markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan 48 yaşlı Bəhram Cəfərovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. //Report