Ermənilərin ekoloji terroru - VİDEO

 21:17 15.11.2020     142

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonunu təhvil verməli olan erməni tərəfi ətraf mühitə zərər vurmağa davam edir.

Redaktor.az xəbər verir ki, ermənilərin Kəlbəcərdə meşə ərazilərini yandırması faktı ilə bağlı növbəti video yayılıb.

Rayonu təhvil vermək öhdəliyini üzərinə götürən erməni tərəfi ekoloji terrora əl atır. Burada yaşayan ermənilər nəinki mülki obyektləri, eləcə də meşə sahələrini yandırır. Bu isə bölgənin ekoloji balansına, flora və faunasına ciddi təhlükə yaradır.