Qəza avtomobili yararsız hala saldı - Kürdəmir

 22:58 15.11.2020     155

Kürdəmir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun M.P.Vaqif prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini, 38 yaşlı Süleymanov Əli Kamil oğlu sükana nəzarəti itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı tikiliyə çırpılaraq yarasız hala düşüb.

Hadisə zamanı sürücü Əli Süleymanov müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report