Avtomobil təmiri sexində yanğın olub - Bakı

 09:22 16.11.2020     139

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb.

Sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.