Leysan Xaçmazda fəsadlar törədib

 03:10 17.11.2020     183

Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.

Redaktor.az-ın verdiyi məlumata görə, rayon mərkəzi də daxil olmaqla bir sıra yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb.  

Rayonun elektrik təsərrüfatına da ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb.