Saatlı sakini tanışı tərəfindən bıçaqlanıb

 21:57 16.11.2020     46

Saatlı sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Saatlı rayon mərkəzində baş verib.

Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Abasov Böyükxan Yaşar oğlu tanışı ilə aralarında yaranan mübahisə zəminində bıçaqlanıb. B.Abasov üz nahiyəsindən, arteriya damarından və bədəninin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Şirvan xəstəxanasına yerləşdirilib. Çoxlu qan itirən yaralının vəziyyəti ağır olduğundan respublika eksperimental xəstəxanasına aparılıb.

Onun kim tərəfindən bıçaqlanması və hadisənin təfərrüatları aydınlaşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. //APA