Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Redaktor.az-ın məlumatına görə, hadisə magistral yolun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, minik avtomobili kimliyi hələlik dəqiqləşdirilməmiş piyadanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır. //APA