Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurub

 23:36 17.11.2020     286

Kürdəmirdə piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

Redaktor.az xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. 

Gəncə Şəhər sakini, 1990-cı il təvəllüdlü Mahir Mehman oğlu Alıyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Tural Aqil oğlu Rəsulovu vurub. 

Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //APA