Ermənilər indi də Ağdamda evləri yandırır - VİDEO

 10:02 18.11.2020     521

Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 20 noyabra qədər Ağdamı tərk etməlidir.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, düşmən 2 gün sonra tam boşaltmalı olduğu Ağdamda da ekoloji terror törətməyə başlayıb.

Erməni ordusu həm mənzil-qərargah kimi istifadə etdikləri yerləri, həm də mülki yaşayış məntəqələrini və meşələri yandırır.

Analoji hallar Kəlbəcərdə də baş verməkdədir. //qafqazinfo