Bakıda ən yüksək yoluxma Binəqədi rayonundadır

 10:29 18.11.2020     848

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Redaktor.az xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.7 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.3 faiz, Suraxanıda 8.4 faiz, Nəsimidə 8.3 faiz, Nərimanovda 8.0 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.3 faiz, Xəzərdə 6.3 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.