Bakıda narkotik satan şəxs saxlanılıb

 14:10 18.11.2020     1129

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.İsayeva paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb. Şəsxi axtarış zamanı ondan 8,5 qramdan artıq heroin aşkar edilib.

Davam edilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 635 qramdan artıq heroin, 23 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.