Dünya azərbaycanlıları ilə videogörüşlər davam edir - FOTO

 18:10 18.11.2020     1020

Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərinin və Qarabağda əldə edilən tarixi qələbədən sonra qarşıda duran vəzifələrin virtual müzakirələri davam etdirilir. Bu məqsədlə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın və diaspor rəhbərlərinin iştirakı ilə videogörüşlər geçirilir.

Redaktor.az xəbər verir ki, növbəti görüşlər İsveç, Niderland–Belçika, İsveçrə, İtaliya, İspaniya, Polşa, Almaniyada yaşayan azərbaycanlıların iştirakı ilə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, diaspor təşkilatlarının və ayrı-ayrı soydaşlarımızın təşəbbüsü ilə baş tutan müzakirələrin əsas istiqamətini qələbədən sonrakı dövrdə çevik fəaliyyət mexanizminin formalaşdırılması təşkil edib. Keçirilən videogörüşlərdə Koordinasiya şuralarının əlaqələndiriciləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor rəhbərləri və Dövlət Komitəsinin məsul şəxsləri iştirak ediblər. Görüş iştirakçıları rəşadətli Azərbaycan ordusunun şücaəti,

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi nəticəsində əldə edilmiş möhtəşəm qələbə münasibətilə bir-birlərini təbrik edib, Azərbaycan diasporunun bundan sonrakı fəaliyyət mexanizmləri barədə müzakirələr aparıblar. Azərbaycanın milli dəyərlərinin təbliği məqsədi ilə xarici KİV-lərlə işin daha keyfiyyətli təşkili, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan diasporunun daha da güclənməsi, dövlətimizin milli maraqlarının və mənafeyininqorunması istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.

1

1

1

1