Ermənistanın daha çox cinayətləri üzə çıxacaq - Hikmət Hacıyev

 16:27 18.11.2020     47

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Füzuli rayonundan ermənilərin dağıdılmış istehkam xətlərini paylaşıb.

Redaktor.az-ın məlumatına görə, o, bu barədə "Twitter" səhifəsində paylaşım edib.

H.Hacıyev, həmçinin Qaraxanbəyli kəndindən görüntülər yayıb:

"Bölgədə sağlam tikili qalmayıb. Vandalizm sərhəd tanımır. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini işıqlandırır".