Yenidoğulanlar arasında oğlanların sayı azalıb

Azərbaycanda hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb.
Redaktor.az-ın məlumatına görə, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.
2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib, 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib.
Son 3 il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların sayı sabit qalıb. 2017-2019-cu illərdə şəhər yerlərində hər 100 qıza 113 oğlan düşüb. Kənd yerlərində isə bu göstərici dəyişib. 2017-ci ildə kənd yerlərində 100 qıza 114, 2018-ci ildə 116, 2019-cu ildə 115 oğlan düşüb.