Şabran sakinindən odlu silah götürülüb

Şabran sakinindən qanunsuz odlu silah götürülüb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çayqaraqaşlı kəndi ərazisində şəhər sakini N.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və 2 ədəd patron götürülüb.