Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

 00:09 20.11.2020     242

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən Redaktor.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.