Ucarda yol qəzası - ölən və xəsarət alan var

 22:24 19.11.2020     51

Ucarda 1 nəfərin ölümü, daha 1 nəfərin ilə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi "Hyundai" markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin - 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. "Hyundai"ın sürücüsü F.Səlimov isə xəsarət alıb.

Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

\\Report