Tamerlan Qarayevin ailəsində ağır itki

Azərbaycanın Litvadakı Fövqəladə və Səlahiyyətli səfiri Tamerlan Qarayevin ailəsinə ağır itki üz verib.
Redaktor.az xəbər verir ki, Tamerlan Qarayevin bacısı, tanınmış həkim Leyla Qarayeva vəfat edib.
Nizami rayonu 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi Leyla Qarayeva rəhbərlik etdiyi xəstəxanada koronavirusa yoluxaraq dünyasını dəyişib.
Qeyd edək ki, Leyla Qarayeva sağlamlığını təhlükə altına qoyaraq, onlarla koronavirus xəstəsini müalicə edib. Təəssüflər olsun ki, xəstələrə şəfa bəxş edən həkimin öz həyatını xilas etmək mümkün olmayıb.
Leyla xanım Qarayevanın doğmalarına və Qarayevlər ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin! \\Open.az