Biləsuvarda yanğın olub - FHN

 09:32 20.11.2020     512

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 70 kvadrat metr olan talvarın taxta atmaları 36 kvadrat metr sahədə və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.